İki uşaq anası evdən qaçdı – Özünü öldürəcəyini bildirib – TƏFƏRRÜATbackend

İki uşaq anası evdən qaçdı – Özünü öldürəcəyini bildirib – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallı rayonunda ananın iki qız övladını ataraq qaçmasının bəzi təfərrüatları məlum olub.

Rayonun Təklə kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Məmmədova Yeganə Firqət qızı bir neçə ildir ki, həyat yoldaşından ayrılıb:

“Onun iki uşağı var. Boşanandan sonra ata evinə sığınıb. Atası da onu çox istəyir, iki sözünü bir etməzlər. Yeganənin problemi onun həyat yoldaşı ilə olub. Ayrılandan sonra həyat yoldaşı uşaqlarını ondan almaq istəyir. Yeganə isə uşaqlarını ona vermək istəmir”.

Qeyd edək ki, Masallı rayonunda iki uşaq anası evdən qaçıb. Rayonun Təklə kənd sakini, 1993-cü il təvəllüdlü Y. M. yanvarın 11-də evdən qaçıb. Onun 6 və 5 yaşlı iki qızı var.

***

APA-nın cənub bürosu xəbər verir ki, Y. M. yazdığı məktubda valideynlərinə layiqli övlad olmadığını, başqa yerə gedərək, intihar edəcəyini bildirib.

Ailəsinin əldə etdiyi məlumata görə, o, Bakı şəhərinə yollanıb.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

İnterpress.az