Rusiya Elmlər Akademiyasının əməkdaşı saxlanılıbbackend

Rusiya Elmlər Akademiyasının əməkdaşı saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə RİA Novosti-yə onun anası Olqa Çulkova bildirib.

Onun sözlərinə görə, yanvarın 3-də oğlu birbaşa reyslə Moskvadan Gəncəyə gedib. İki gün sonra o, 50 km məsafədə, cəbhə xəttinə yaxın yerləşən (Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttinin şimal hissəsi) Göygölü ziyarət etməyə qərar verib. Bundan sonra onunla əlaqə kəsilib. Yanvarın 10-da o Moskvaya qayıtmalı idi, amma bu, baş verməyib.

\”Qeyri-rəsmi məlumatlara görə, o, cəbhə zonasında saxlanılıb\”, Olqa Çulkova bildirib.

\”O, qadağan olunmuş zonaya daxil olub, burada onu tutublar\”, Gəncədə Çulkovun qaldığı mehmanxananın sahibi bildirib.

Mehmanxana sahibi deyib ki, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları mehmanxanaya gəliblər, burada qalan şəxs barədə suallar veriblər və gəncin bütün əşyalarını müsadirə ediblər.

Onlar deyiblər ki, Çulkov qəsdən mühafizə olunan ərazinin hasarını aşıb və mühafizəçilərin tələblərinə tabe olmayıb.

Sonradan Olqa Çulkova bildirib ki, Dmitri ilə əlaqə saxlayıb.

\”Onun zəng etməyinə icazə veriblər. Deyib ki, yemək verirlər, tezliklə buraxmağa və Moskvaya göndərməyə söz verirlər. Dəfələrlə təkrarlayıb ki, döyməyiblər\”, o bildirib (\”Amerikanın səsi\”).

Çulkovanın sözlərinə görə, Rusiya səfirliyindən də onunla əlaqə saxlayıblar və gənc üçün heç bir təhlükə olmadığına inandırıblar.

“Rusiyanın Azərbaycandakı səfirliyinə yerli hakimiyyət tərəfindən Rusiya vətəndaşının saxlanılması barədə məlumat verilib, onun tezliklə vətənə qayıtması üzrə tədbirlər görülür”, şənbə günü diplomatik nümayəndəliyin mətbuat attaşesi Denis Apaşkin RİA Novosti-yə bildirib.

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi hələ Çulkovun saxlanılması ilə bağlı məlumat yaymayıb.

İnterpress.az