Rey Kərimoğlu: “Kəramət Böyükçöl Əkrəm Əyislinin təsiri altına düşüb”backend

Rey Kərimoğlu: “Kəramət Böyükçöl Əkrəm Əyislinin təsiri altına düşüb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu Xəlil Rza Ulutürkü təhqir edən Kəramət Böyükçölə özünün \”facebook\” səhifəsində sərt şəkildə irad bildirib

Həmin paylaşımı olduğu kimi təqdim edirik.

\”Kəramət və atasına!

İllərdir söz azadlığıdır deyib mənəvi dəyərlərimizi, şəxsiyyətlərimizi aşağılayırlar! Başa düşürük, haradan, kimdən, necə gəlir, onu da anlayırıq! Kəramət və onun kimi gənclər isə arada ona-buna söz atıb gündəmdə qalmaq, populyarlaşmaq üçün bundan istifadə edirlər. Amma ta Xəlil Rzanı – şəhid atasını hədəf seçmək, onu aşağılamaq…Bu lap ağ oldu! Bu yol verilməzdir! Həm də Kəramətin çox zərərli bir şəbəkənin təsiri altında olduğunu sezirəm – əxlaqsızlığı təbliğ edən, vətənə, vətənpərvərliyə nifrət edən, \”torpağa görə adam öldürmərəm\” deyib, əsgərlikdən qaçanlara, elə qaçmağa, erməniyə haq qazandırmaq və sairə…Əslində Kəramətin Xəlil Rzanı hədəf götürməsi həm də bundan irəli gəlir – …Əkrəm kimi şərəfsizdən başlamış üzü bəri bunu yönlədənlər az deyil…

Vətəni sevərlər – ana kimi, bacı kimi, ata kimi, bala kimi! Və o sevdiklərinə qarşı təhlükə olanda önə çıxmalı müdafiə eləməlisən! Təəssübünü çəkməlisən! Bunun üçün vətən çağıranda əsgərliyə də getmək lazımdır. Yox sevmirsənsə, deməli xəstəsən! Xəstəsənsə müalicə olunmalısan! Özüyün ağlın kəsmir, böyüklərin aparıb müalicə etdirməlidir…

Əslində Qəşəm Nəcəfzadə övladına yaxşı tərbiyə verməyib, onu Əkrəmkimilərin təsiri altına düşməsinə şərait yaradıb. İndi də oğlunun əvəzinə üzür istəyir! Amma düz deyil! Kəramət özü etdiyi qəbahəti anlamalı və sonra üzr istəməlidir! Amma, ancaq və lakin Kəramət etdiyi qələti hələ qanmayıb, anlamayıb! Xəlil Rza şair kimi kimnsə xoşuna gəlməyə bilər, amma onu kimsə aşağılaya bilməz! Çünki Xəlil Rza şəhid atasıdır! Şəhid atasını ələ salmaq, lağ eləmək olmaz! Edənin anasını, bacısını, dədəsini də söyərlər! Çünki Şəhid dövlətin simvollarından biri qədər müqəddəs və toxunulmazdır! Gərək atan bunları sənə başa salaydı!

Qəşəm Nəcəfzadə, nə qədər gec deyil, oğlunu başa sal, anlat ki o da adam kimi çıxıb bütün şəhid analarından, atalarından üzr istəsin! Təbrizin xeyli döyüş yoldaşları narahatdır! Gözləyirlər! Sonra demə ki, Rey demədi!

P.S. Bilmirik Şəhidin haqqını yeyən yaramaz məmurlara cavab verək, yoxsa şair balasına?!

P.P.S. Növbəti şərhim onun işlədiyi mətbuat orqanı və onları maliyyələşdirənlərlə bağlı barədə olacaq!\”

İnterpress.az