Qadın hüquqlarının müdafiəsi gücləndirilirbackend

Qadın hüquqlarının müdafiəsi gücləndirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Komitədən \”Ölkə.Az\”a verilən məlumata görə, regionlarda yerli qərarvermə prosseslərində gender bərabərliyinin təmin edilməsi və qadın bələdiyyələrin təlimləndirilməsi məqsədilə seminarlar və dəyirmi masalalar keçirilir.

“Komitə ilə GİZ-in birgə əməkdaşlığı nəticəsində yerli siyasətdə təmsil olunan qadınlar üçün “Liderlik təlimatı” adlı vəsait hazırlanmışdır. Təlimat bələdiyyələrdə, yerli icra hakimiyyəti orqanlarında, özəl şirkətlərdə çalışan qadınlara şəxsi keyfiyyətlərini inkişaf etdirərək irəli çəkilməsinə dəstək edir. Liderlik təlimatı ali təhsil ocaqlarında təhsil alan tələbələrə və elmi araşdırma sahələrində fəaliyyət göstərən alimlərə yardımçı ola bilər. Liderlik təlimatı təlimçilər üçün faydalı olacaq”.
Məlumatda bildirilib ki, təlimatda liderlik, liderliyin tərzləri, liderlik xüsusiyyətləri, qadın hüquqları, yerli səviyyədə qadın iştirakçılığı, təşviqat və ictimai məlumatlandırma, hüquqi mexanizmlər, praktik məşğələ-liderlik dəyərləri və digər məsələlər əks olunub.

“Təlimatın müəllifləri isə ADA Universiteti fondunun prezidenti Natiq Hacıyev, Almaniya Beynəlxalq Əməkdaşlıq təşkilatının eksperti (Cənubi Qafqazda Yaxşı Yerli Özünü İdarəetmə Proqramı) Fidan Qasımova və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri, Hüquq elmləri üzrə Fəlsəfə Doktoru Elgün Səfərovdur. Təlimatın hazırlanmasında Almaniyanın Federativ Respublikasının, Fransanın, Böyük Britaniyanın və digər dövlətlərin müsbət təcrübəsi istifadə edilib”.

İnterpress.az