Baş nazir istefa verdibackend

Baş nazir istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, yanvarın 15-də Rumıniyanın hakim Sosial-Demokrat partiyasının fövqəladə iclası keçirilib. Partiyanın icraiyyə komitəsi baş nazirin siyasi dəstəkdən məhrum edilməsinə səs verib.

Nəticədə Mixay Tudose istefa verdiyini bəyan edib. Onun səlahiyyətlərini müvəqqəti olaraq baş nazirin müavini Paul Stenesku icra edəcək. Qeyd edək ki, sabiq iqtisadiyyat naziri 51 yaşlı Mixay Tudose ötən ilin iyunundan Rumıniya hökumətinə başçılıq edirdi.

İnterpress.az