Kadırov 104 yaşlı Mədinə Əliyevaya ev bağışladıbackend

Kadırov 104 yaşlı Mədinə Əliyevaya ev bağışladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu gün respublikanın parlament sədri Məhəmməd Daudov və Çeçenistan müftisi Salah Mejiyev evin açarlarını yeni sahiblərinə təqdim ediblər.

Məlumata görə, Mədinə Əliyeva İordaniyada doğulub və yaşayıb. Ahıl yaşında vətəni Çeçenistana qayıtmaq fikrinə düşüb, lakin yolda qarət olunub.

Xatırladaq ki, Mədinə Əliyeva 2017-ci il dekabrın 23-də Goranboy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində küçədə köməksiz vəziyyətdə tapılıb. O, bu il yanvarın 11-də Bakını tərk edərək, Ramzan Kadırovun təşəbbüsü ilə Çeçenistana yollanıb.

İnterpress.az