Şeron Stoun: “Mənim bütün həyatım məhv oldu”backend

Şeron Stoun: “Mənim bütün həyatım məhv oldu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, aktrisanın sözlərinə görə, həkimlər həmin vaxt onun yaşama şansını 5 faiz qiymətləndiriblər.

Şeron Stoun bildirib ki, bu onun peşəkar keyfiyyətinə təsir göstərib və o, uzun müddət kinoda rol ala bilməyib.

\”Mənim bütün həyatım məhv oldu\”, — deyə CBS telekanalı Stounun sözlərini sitat gətirib.

Aktrisa telekanala müsahibəsində işinə qayıtmağa hazır olduğunu və bunun hazırda onun üçün əsas məqsəd olduğunu deyib.

Stoun aktyor karyerasına 1980-ci ildə başlayıb. O, \”Kazino\”, \”Əsas instinkt\”, \”Pişik qadın\”, \”Qırılmış güllər\”, \”Yonqar\” və s. kimi tanınmış filmlərdə rol alıb.

İnterpress.az