Kaşqari mükafatı Serhat Kabaklıya verildibackend

Kaşqari mükafatı Serhat Kabaklıya verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Fonddan verilən xəbərə görə, 2007-ci ildə təsis olunan Beynəlxalq Mahmud Kaşqari Mükafatı Fondun mükafat komissiyası tərəfindən türk dünyasına xüsusi xidmətlərə görə verilir. Bu mükafatı alanlar sırasında Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Suleyman Dəmirəl, türk dünyasının böyük şəxsiyyətlərindən olan qazax şairi Oljas Suleymenov, akademik Abel Məhərrəmov, akademik İsa Həbibbəyli, görkəmli qazax yazıçıları Sabir Dosanov və Berik Şaxanov, görkəmli hüquq alimi, professor İlham Rəhimov, dünya şöhrətli yazıçı Çingiz Abdullayev, böyük Azərbaycan şairi Sabir Rüstəmxanlı, Kaşqari “Divan”ını Azərbaycan dilinə çevirmiş Ramiz Əsgər kimi görkəmli şəxsiyyətlər var.

Mahmud Kaşqari adına Beynəlxalq Fond 2018-ci ili “Mahmud Kaşqari” ili elan edib və bu böyük şəxsiyyətin 990 illiyi ilə bərabər müxtəlif ölkələrdə törənlər keçirməyə hazırlaşır.

İnterpress.az