Əhmədoğlu: “ABŞ-ın yaradacağı yeni qüvvələr təhlükə mənbəyi olacaq”backend

Əhmədoğlu: “ABŞ-ın yaradacağı yeni qüvvələr təhlükə mənbəyi olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın İŞİD-ə qarşı rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada nəzarət etdiyi ərazilərdə “sərhəd təhlükəsizliyi qüvvələri” yaratmağa başlayıb. Yeni qüvvələr Suriya dövlətinin nəzarətində olan ərazinin qərb sərhədi boyu, habelə İraq və Türkiyə sərhədləri bou yerləşdiriləcək.
İnterpress.az xəbər verir ki, Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyib ki, ABŞ bu addımı ilə təkcə Türkiyə üçün yox, ümumilikdə regionda təhlükəli vəziyyət yaradır:

“ABŞ-ın regiondakı bütün planları yaradacağı kürd hərbi birləşmələri üzərindən reallaşacaq. ABŞ bu qüvvələrdən region ölkələri üçün təhlükə mənbəyi kimi istifadə edəcək”.

İnterpress.az