“…onu danışdıran içindəki paxıllıqdır” – Elton Röyadan danışdıbackend

“…onu danışdıran içindəki paxıllıqdır” – Elton Röyadan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Yeniçag.az-a açıqlama verən Elton isə hazırda münasibətlərin normal olduğunu bildirib. O, həmin ərəfədə susmasına belə aydınlıq gətirib:

“Susmağımın səbəbi var idi. Şirinlik kimi çıxmasın, bugünkü gündə Röyanın onu müdafiə etməyimə ehtiyacı yoxdur. Bəlkə onun haqqında nəsə yazmağım onu qıcıqlandıra bilərdi. Bəlkə də məndən bunu umurdu, deyə bilmərəm. Hər halda, soruşdunuz, fikrimi dedim. Röya gedib “Altın Kelebek” mükafatı alıb. Buna görə onu alqışlasaq, dünya dağılardı? İki il bundan əvvəl bu söhbəti etmişdim, hətta qalmaqala səbəb olmuşdu. Xalq artisti Flora Kərimovanın yanında Röya sənətkar deyil deyə bir söhbət olmuşdu. Mən dedim ki, Röya sənətkardır. Sənətkar o demək deyil ki, mütləq muğam ifaçısı olmalıdır. Pop sahəsində də müğənni sənətkar ola bilər. İnsan bir qalxanda, bir də düşəndə ətrafdakıların kim olduğunu gözəl bilir. Röya ilk dəfə “Altın Kelebek” mükafatını Azərbaycana gətiribsə, bu, onun uğurudur. Kimsə nəsə deyirsə, demək ki, onu danışdıran içindəki paxıllıqdır”.

İnterpress.az