Teleqüllə yaxınlığında çatların eni 1 metrə çatdı – TƏHLÜKƏ BÖYÜYÜRbackend

Teleqüllə yaxınlığında çatların eni 1 metrə çatdı – TƏHLÜKƏ BÖYÜYÜR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, \”Teleqüllə” sürüşmə sahəsi aktivləşib.

Onun sözlərinə görə, həm torpaq qatında, həm də istinad divarında çatların ölçüləri genişlənib.

\”Bütün istinad divarı boyunca 15-20 santimetr ölçüsündə çatlar əmələ gəlib. Torpaq qatında elə yer var ki, çatların eni 1 metrə, dərinliyi 6-7 metrə çatır. Bundan əlavə, torpaq qatında müxtəlif istiqamətli çox saylı çatlar əmələ gəlib. Biz hazırla onların üzərində müşahidələr aparırıq”, – deyə ekspedisiya rəisi qeyd edib.

Qeyd edək ki, \”Teleqüllə” sürüşmə sahəsi – Teleqüllədən 200-250 m cənub – şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub.

Teleqüllə yaxınlığında çatların eni 1 metrə çatdı - TƏHLÜKƏ BÖYÜYÜR

İnterpress.az