İlham Əliyev: “Avropa İttifaqı ilə yeni saziş üzərində iş aparırıq”backend

İlham Əliyev: “Avropa İttifaqı ilə yeni saziş üzərində iş aparırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, Bolqarıstanı Avropa İttifaqına sədrlik etməsilə bağlı təbrik edib və bu dövrdə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradılacağını qeyd edib.

Bolqarıstanın baş naziri yanvarın 15-də Azərbaycana səfər edib.

Onlar İlham Əliyevlə təkbətək görüşdükdən sonra, mətbuat qarşısında birgə çıxış ediblər.

Qazlaşdırma

Çıxış zamanı cənab Əliyev bildirib ki, baş nazirlə danışıqların əsas mövzusu energetika sahəsi ilə bağlı olub.

O, çıxışı zamanı Cənub Qaz Dəhlizinin icrasının uğurla getdiyini, \”Şahdənz-2\” layihəsinin icrasının 99 faizə çatdığını və bu il TANAP layihəsinin başa çatmasının nəzərdə tutulduğunu qeyd edib.

\”Bir neçə ildən sonra 1 milyard kubmetr Azərbaycan qazının Bolqarıstan ərazisinə nəql ediləcəyini nəzərə alaraq, biz bu gün cənab Baş nazirlə müvafiq qurumların rəhbərlərinə göstəriş vermişik ki, tezliklə Azərbaycan şirkəti SOCAR-ın Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdırsınlar və imkanları haqqında məlumatlar versinlər\”, o deyib.

Boyko Borisov isə çıxışı zamanı bunun Bolqarıstan üçün əhəmiyyətini vurğulayıb.

\”Bolqarıstan ərazisinin cəmi 3 faizi qazlaşdırılıb. Eyni zamanda, biz qeyd edə bilərik ki, son günlər, xüsusən də qış dövründə hava çirklənir, özü də səbəb sənaye istehsalı və avtonəqliyyat deyil, məişətdə odun və kömürün yanacaq kimi istifadə olunmasıdır. Biz istərdik, elə məişət yanacağından istifadə olunsun ki, ətraf mühitə zərər yetirilməsin\”, o deyib.

O, həmçinin viza rejiminin sadələşdirilməsinin də önəmindən bəhs edib və bunun iki ölkənin əlaqələrinin genişləndirilməsinə töhfə verə biləcəyini bildirib.

Bakı-Sofiya aviareysi

Bundan başqa, İlham Əliyev yanvarın 16-da Bakı-Sofiya marşrutu ilə birinci aviareys təşkil ediləcəyini də deyib.

\”Azərbaycanın \”Buta Airveys\” şirkəti birinci reysi icra edəcək. Bu da çox əlamətdar hadisədir\”, o deyib.

Boyko Borisov yeni ildə Azərbaycana səfər edən xarici qonaqdır. O, Azərbaycana üçüncü dəfədir ki, səfər edir.

Cənab Borisov sonuncu dəfə 2015-ci ildə Azərbaycanda səfərdə olub.

İnterpress.az