Qaradağda qəza baş verdi – Polislər jurnalisti hadisə yerindən qovdu – VİDEObackend

Qaradağda qəza baş verdi – Polislər jurnalisti hadisə yerindən qovdu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün gecə saat 1 radələrində Bakı-Ələt yolunun 17-ci kilometrində yol nəqliyyat hadisəsi baş verib. İnterpress.az xəbər verir ki, Avtosfer.az-ın əməkdaşı həmin vaxtı hadisə yerindən keçərkən avtomobilini saxlayaraq məlumat almaq istədikdə ona yaxınlaşan Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları ərazini tərk etməyi tələb ediblər. Əməkdaşımız vəsiqəsini təqdim edərək jurnalist oldugunu bildirib və hadisə yerində çəkiliş aparmadan sadəcə yol-nəqliyyat hadisəsinin məlumatlarını öyrənmək istəyib. Polis əməkdaşları isə ona qarşı kobudluq edərək hadisə yerindən qovublar.

“KİV haqqında” qanunun 35-ci maddəsində qeyd olunub ki, jurnalistin informasiya axtarmaq, toplamaq, seçmək və yaymaq hüququ var.

İnterpress.az

https://youtube.com/watch?v=-cvgtY7-WDg