“Panasonic” “ağıllı şəhər” inşa edəcəkbackend

“Panasonic” “ağıllı şəhər” inşa edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ideya müəllifləri bildirib ki, yaşayış məntəqəsinin qurulması təxminən 2026-cı ildə yekunlaşdırılacaq.

Məşhur Yaponiya şirkəti inkişaf vektorunu dəyişib. Hazırda mütəxəssislər elektronika istehsalı və satışı üzərində baş sındırmırlar. Hazırda “Ağıllı şəhər”lər trenddədir. Bu səbəbdən “Panasonic” bu sahədə də öz uğurunu sınamaq istəyib.

Şəhər ABŞ-da, Denver hava limanından bir qədər aralıda inşa edilməlidir. Şirkətin yeni şəhərdə nümayiş etdirmək istədikləri onun əlamətidir ki, artıq digər “ağıllı şəhər” dizaynerlərinin də ciddi rəqibləri yaranıb.

“Ağıllı şəhər”də sakinlərə və sadəcə, yol keçənlərə WI-FI təqdim edəcək qeyri-adi fənərlər də qurulacaq. Bu fənərlər küçələrdəki qaydaya nəzarət edəcəklər və mümkün hadisələr zamanı siqnalizasiya səsləndirəcək. Eyni zamanda şəhərdə pilotsuz (sürücüsüz) idarə olunan nəqliyyat mövcud olacaq.

İnterpress.az