Layihə ilə bağlı bəzi tənqidlər qeyri-elmidir, professional deyil: Orfoqrafiya Komissiyasıbackend

Layihə ilə bağlı bəzi tənqidlər qeyri-elmidir, professional deyil: Orfoqrafiya Komissiyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Bunu AMEA-nın vitse-prezidenti, Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəyli deyib.

Akademikin sözlərinə görə, geniş ictimaiyyətin, Orfoqrafiya Komissiyasının üzvü olmayan şəxslərin fikri onlar üçün çox böyük əhəmiyyətə malikdir: “Orfoqrafiya qaydalarının layihəsi ilə bağlı mətbuatda çox geniş müzakirələr aparılır. Ümumi müzakirələrdə maraqlı təkliflər, mütəxəssis rəyləri səslənir. Lakin irəli sürülən bir çox tənqidi fikir, təklif qeyri-elmidir, professional deyil. Bəziləri subyektiv mövqedən çıxış edirlər, bu da təbiidir. Hətta sadə bir adamın, dilçilik elmindən anlayışı olmayan şəxsin maraqlı bir fikri olsa, nəzərə alacağıq. Biz bunlara dözümlə, səbirlə yanaşırıq. Bütün təkliflər nəzərə alınaraq Orfoqrafiya Komissiyasında müzakirə ediləcək və təkmil orfoqrafiya qaydaları ortaya qoyulacaq”.

İ. Həbibbəyli qeyd edib ki, yanvarın sonuna kimi müzakirələr davam etdiriləcək və fevralın əvvəllərində təkmilləşmiş variant hazırlandıqdan sonra təsdiqlənməsi üçün Nazirlər Kabinetinə göndəriləcək.

İnterpress.az