Qadın futbolçular arasında dava düşdü – VİDEObackend

Qadın futbolçular arasında dava düşdü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Yeni Burdurspor”la “Antalya Dəmirspor” XIV qrupun matçında üz-üzə gəlib. Burdurun Qazi Atatürk adına stadionunda oynanılan matç ötən həftə həyatını itirən “Yeşilova Bələdiyyəspor”unun məşqçisi Muzaffer Başın bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Oyunun 4:1 meydan sahiblərinin xeyrinə olduğu matçın 90-cı dəqiqəsində iki komandanın oyunçuları arasındakı gərginliyə ehtiyat oyunçular da qoşulunca, meydançada aləm bir-birinə dəyib. Hər iki komandanın üzvləri bir-birlərinə təpik vurmağa başlayıb. Futbolçuları polis və məşqçilər ayırmağa çalışıb. Çətinliklə futbolçuları sakitləşdirən polis əvvəl qonaqları, daha sonra meydan sahiblərini meydandan çıxarıb.

Oyunun sonunda Antalya komandasının futbolçularından birinin halı pisləşib və o, Burdur Dövlət Xəstəxanasına aparılıb.

İnterpress.az