Rohinca müsəlmanları geri qaytarılacaqbackend

Rohinca müsəlmanları geri qaytarılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Banqladeş Xarici İşlər Nazirliyinin Myanma nümayəndələri ilə görüşün nəticəsinə əsasən verdiyi bəyanatda deyilir.

İnterpress.az xəbər verir ki, bəyanatın mətnində hökumətin repatriasiyaya nə vaxt başlayacağı göstərilmir. Myanma hökuməti dağıdılan yaşayış yerləri bərpa olunanadək qaçqınlara müvəqqəti sığınacaqlar verməsi barədə öhdəlik götürüb.

Xatırladaq ki, ötən il noyabrın 23-də Myanma və Banqladeş qaçqınların vətənlərinə qaytarılmasını nəzərdə tutan qarşılıqlı anlaşma barədə memorandum imzalayıblar. Myanma hökuməti ölkədən qaçaraq Banqladeşə sığınan 30 min rohincalı müsəlman üçün Rakhayn ştatının şimalında müvəqqəti düşərgə salır. İlk 100 evin inşasının yanvar ayının sonlarına qədər başa çatacağı gözlənilir.

Myanma hökuməti Rakhayn ştatında yaşayan rohincalı müsəlmanları Banqladeşdən gələn qanunsuz mühacir hesab edir. Onlar dəfələrlə yerli buddistlərin hücumlarına məruz qalıblar. Son illər minlərlə insan bu münaqişənin qurbanına çevrilib. BMT-nin məlumatına əsasən, ötən ilin avqustundan bəri 650 min rohincalı müsəlman zülm və zorakılıqdan qaçaraq Banqladeşə sığınıb.

İnterpress.az