“Qarabağ” dünyanın ən yaxşı komandasından biridirbackend

“Qarabağ” dünyanın ən yaxşı komandasından biridir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, siyahıda 402 komandanın adı yer alıb.

Azərbaycandan 3 klub – \”Qarabağ\”, \”Zirə\”, \”Qəbələ\” ən yaxşı klublar sırasına daxil olub. Ağdam klubu 136 xalla 93-cü pillədə qərarlaşıb. Komanda 1 il əvvəlki ilə müqayisədə 39 pillə geriləyib. “Borussiya” (Mönhenqladbax, Almaniya) və “Paçuka”nın da (Meksika) 136 xalı var.

\”Zirə” 72 xalla 296-cı pillədə qərarlaşıb. Ötən il 761-ci olan Bakı klubu düz 465 pillə irəliləyib. “Atletiko” (Kolumbiya), “Kolon” (Argentina), “Renn” (Fransa) və “Melqar” da (Peru) \”Zirə\” ilə eyni xala sahibdir.

“Qəbələ” isə 65 xalla siyahıda 353-cüdür. Roman Qriqorçukun komandası “Əl-Naser” (Səudiyyə Ərəbistanı), “Arka” (Polşa), “Defensor” (Uruqvay), “Atromitos” (Yunanıstan), “Hapoel” (Hayfa, İsrail), “Əl-Vəhdət” (İordaniya) ilə eyni nəticəyə malikdir. \”Qəbələ\” 1 il əvvəlki ilə müqayisədə 255 pillə geriləyib.

Qeyd edək ki, siyahıya 328 xalla “Real” (İspaniya) başçılıq edir. “Qremio” (Braziliya) 286 xalla 2-ci, “Mançester Yunayted” (İngiltərə) 284 xalla 3-cüdür.

İnterpress.az