Kəramət üzr istədi lakin üzrü günahından böyükbackend

Kəramət üzr istədi lakin üzrü günahından böyük

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, gənc yazar Kəramət Böyükçöl özünün \”facebook\” səhifəsində bir neçə gün qabaq Xəlil Rza Ulutürk və şəhidlərimiz haqda yazdığı statusuna görə Xəlil Rzanın ailəsindən və Azərbaycan xalqından üzr istəyib. Lakin gənc yazarın paylaşımındakı \”Şəhidlər torpağa basdırılmış ehtiyat qüvvələrimizdir\” ifadəsi sosial şəbəkə istifadəçiləri tərəfindən qəzəblə qarşılanıb və tənqid atəşinə tuş gəlib.

İnterpress.az həmin paylaşımı olduğu kimi təqdim edir:

“Bir neçə gün bundan əvvəl \”facebook\” səhifəmdə Xəlil Rza Ulutürk haqqında yazdığım fikirlər birmənalı qarşılanmadı. Sərt reaksiya göstərildi. Mən şəhid atası Xəlil Rza haqqında səsləndirdiyim fikirlərin kökündən yalnış olduğunu anladım və buna görə Xəlil Rzanın və onun qəhrəman oğlu şəhid Təbirz Xəlilbəylilinin ruhundan, onların ailəsindən, eyni zamanda Xəlilsevərlərdən üzr istəyirəm. Şəhidlər torpağa basdırılmış ehtiyat qüvvələrimizdir. Nə qədər torpaq altında yatan şəhidlərimiz var, vətənimiz bir o qədər böyük və qüdrətlidir.

P.S. “Mənim məlum statsumu tirajlayan saytlardan xahiş edirəm ki, bu üzrxahlıq yazımı da yayımlasınlar.”

İnterpress.az