Ərdoğandan NATO-nun baş katibinə təcili zəngbackend

Ərdoğandan NATO-nun baş katibinə təcili zəng

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Verilən məlumata görə, telefon zəngi Türkiyə hökumətinin iradəsilə baş tutub. Danışıq əsasən YPG kürd terrorçularının Suriyada yerləşdirilməsilə bağlı aparılıb. Suriyada İŞİD terror təşkilatı ilə mübarizəyə YPG və digər kürd silahlılarının qoşulmasına etiraz edən Ərdoğan, onların böyük təhlükə mənbəyi olduğunu vurğulayıb.

“Suriyada YPG və digər silahlı qruplaşmalara ehtiyac yoxdur. Onlar terroçuluğun bariz nümunələridir və bu təşkilat üzvlərinin Suriyanın gələcək taleyində heç bir rolu ola bilməz”, – deyə Ərdoğan bildirib.

Danışıq zamanı Ərdoğan bildirib ki, Türkiyənin terrorçulardan özünü qorumağa hüququ var: “Elə bu səbəbdən də, Türkiyə Suriya ilə Türkiyə sərhəddində təhlükəsizliyi təmin etmək üçün lazımı işlər görür”.

Yan Stoltenberq də öz növbəsində Ərdoğana Türkiyənin NATO üçün çox önəmli tərəfdaş olduğunu bildirib. O, terrorçulardan qorunmağın Türkiyə hökumətinin tam hüququ olduğunu deyib.

Qeyd edək ki, Türkiyə ilə Suriya sərhəddində müharibə abu-havası yaranıb. Bir müddət əvvəl Türkiyə ABŞ-a YPK terror təşkilatına dəstək göstərməsinə görə etiraz bəyanatı vermişdi. Ankara hesab edir ki, YPK kürd terrorçuları ilə əlaqəli olan terror təşkilatlarından bidiridir. Bu səbəbdən də, həmin qruplaşma ilə bütün əlaqələr kəsilib.

Yanvarın 13-dən başlayaraq, Türk Silahlı Qüvvələri Suriyadakı kürd mövqelərinə atəş açıb. Türkiyə sərhəddindən Suriyada kürd terrorçularının məskunlaşdığı əraziyə zərbələr endirilib. Türkiyə sərhəddindən Suriya istiqamətinə təxminən 10 zərbə endirilib. ( olke.az )

İnterpress.az