Rusiyada çempionu öldürən azərbaycanlının atası faciəvi şəkildə öldürüldübackend

Rusiyada çempionu öldürən azərbaycanlının atası faciəvi şəkildə öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-a bu barədə məhrumun qohumları məlumat veriblər.
Məlumata görə, Anar Allahverənovun atası yolu keçərkən yüksək sürətlə hərəkətdə olan avtomobil onu vurub. Güclü zərbədən 59 yaşlı piyadanın bədəni parçalanıb. R yerli

Rusiya KİV-lər hadisənin qəsdən törədildiyini iddia edir.

Allahverənovlar ailəsinin vəkili Konstantin Lısenko bildirib ki, “Müdafiə etdiyim şəxsin atası yol-nəqliyyat hadisəsi nəticəsində ölüb. O, mənim ofisimə yox, yaxınlıqda yerləşən öz iş yerinə gedirmiş. Bu gün dəfn olunacaq. Anar dəfndə iştirak etməyəcək, buna qanun icazə vermir”, – deyə vəkil Lısenko bildirib.
Vəkil Anar Allahverənovun atasının ünvanına 2017-ci il ərzində çoxlu sayda hədələrin gəldiyini bildirib.
Faktla bağlı cinayət işi başlanıb.
Qeyd edək ki, ötən il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb.
Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər.
Anar Allahverənovun maraqlarını məhkəmədə 3 vəkil təmsil edir.
Onun işi üzrə proses yanvarın 23-də davam etdiriləcək.

İnterpress.az