Nağıyev: “Rusiya nüfuzunu artırmaq üçün Qarabağ münaqişəsinin həllinə töhfə verməlidir”backend

Nağıyev: “Rusiya nüfuzunu artırmaq üçün Qarabağ münaqişəsinin həllinə töhfə verməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan tərəfi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.
İnterpress.az xəbər verir ki, Politoloq Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, xarici işlər nazirlərinin yanvar ayında baş tutacaq görüşündə əldə olunacaq müsbət nəticələr, daha sonra prezidentlərin görüşü üçün yol aça bilər:

“Rusiya bu məsələlərdə açar fiqurdur. Azərbaycanın məqsədi münaqişəsinin suverenlik çərçivəsində, danışıqlar yolu ilə həll edilməsidir. İndiki zamanda mərhələli yolla münaqişəsinin həllinə çalışılması mühüm amildir”.

İnterpress.az