Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Ərəb turistləri daşıyan avtomobil İsmayıllıda qəzaya uğradı

İsmayıllı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Dərc edilib: 17 yanvar 2018 [13:52]
Baxış sayı: 594

İsmayıllı-Qəbələ yolunun Topçu kəndindən keçən hissəsində Bakı sakini, 1978-ci il təvəllüdlü Bağırov Elbəy Eldar oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Nəticədə sürücü E.Bağırov, sərnişinləri olan ərəb turistlər - 1987-ci il təvəllüdlü Al İbrahim və 1995-ci il təvəllüdlü Al Mer Zeynab müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, ərəb turistlər Bakıdan Qəbələyə istirahətə gedirmişlər. (apa)

İnterpress.az












Oxşar xəbərlər

Yeni ili harada qarşılayacaqsınız?


Cəmi səslər: 110