İqbal Ağazadə Eldar Mahmudovla bağlı aparılan istintaqa cəlb olundubackend

İqbal Ağazadə Eldar Mahmudovla bağlı aparılan istintaqa cəlb olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ölkə.Az\”-a istinadən bildirir ki, İqbal Ağazadə istintaqa keçmiş MTN şəbəkəsinin törətdiyi əməllərlə və Eldar Mahmudovla əlaqələri barədə ifadə verib.

İstintaqa ifadəsi zamanı İqbal Ağazadə keçmiş MTN-çilərlə əlaqələrini dolayısı ilə olsa da etiraf edib.

İqbal Ağazadənin adı həbs olunan, bir çox cinayətlərdə ittiham edilən və həbsxanada intihar edən, tələbə yoldaşı, keçmiş MTN polkovniki İlqar Əliyevlə hallanır.
Geniş biznes imkanlarına malik olan İqbal Ağazadənin vaxtilə Milli Məclisə deputat seçilməsində də məhz İlqar Əliyevin də təmsil olunduğu MTN şəbəkəsinin dəstəyi olub.

Əldə etdiyimiz digər məlumata görə, Milli Təhlükəsizlik Nazirliyi (MTN) ləğv olunmamışdan öncə İqbal Ağazadə müxalifət düşərgəsində təmsil olunan ayrı-ayrı şəxslərin Eldar Mahmudovun nəzarəti altına keçməsinə çalışaraq, bəzi hallarda buna nail olub.

İnterpress.az