“Qarabağ” 2018-ci ildə ilk matçına çıxır » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


“Qarabağ” 2018-ci ildə ilk matçına çıxır

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama matçına çıxacaq.

Dərc edilib: 17 yanvar 2018 [15:26]
Baxış sayı: 8181

İnterpress.az xəbər verir ki, Qurban Qurbanov yetirmələrini Rusiyanın birinci divizionunda çıxış edən “Kuban”la oyunda sınayacaq.

Ağdam təmsilçisinin 2018-ci ildəki ilk oyunu Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” Antalya toplanışında yanvarın 20-si Polşanın “Lexiya”, yanvarın 25-i öncə Makedoniyanın “Şkupi”, daha sonra isə Ukraynanın “Mariopul” klubları ilə üz-üzə gələcək. “Qarabağ”ın beşinci sınağı Bosniya və Hersoqovinanın “Sarayevo” komandasına qarşı olacaq.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 43