"Pizzaland"dən müştərilərə əxlaqsız təklif - FOTO+Ekspert rəyi » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


"Pizzaland"dən müştərilərə əxlaqsız təklif - FOTO+Ekspert rəyi

Bakıda fəaliyyət göstərən “Pizzaland” restoranında müştəri məmnuniyyəti və əxlaq normaları ciddi şəkildə pozulub.

Dərc edilib: 17 yanvar 2018 [16:45]
Baxış sayı: 10765

İnterpress.az xəbər verir ki, bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AFN-ə məlumat verib. Bildirib ki, restoranın tərtib edərək sosial şəbəkələrdə özünü rekalm etdiyi materiallarda əxlaq normalarından kənar ifadələr və şəkillər yer alıb. Belə ki, aşağıda təqdim edəcəyimiz fotolardan da göründüyü kimi “Pizzaland”in müştəri cəlb etmək üçün çağırış etdiyi görüntülərdə “2 x böyük pizza, 2 x qozlu dondurma” deyə təqdim edilən məhsul qeyri etik foto ilə müşahidə olunur. Bundan əlavə “Yeməklə doymayan, yalamaqla doymaz” sloqanı ilə təqdim olunan pizzanı yalayan meymun fotosu da müştərilərin etirazlna səbəb olub. Restoranın 3-cü böyük yanlışı isə “Pizzdes lanç” adı ilə məhsul təqdim etməsidir.


"Pizzaland"dən müştərilərə əxlaqsız təklif - FOTO+Ekspert rəyi


E. Huseynova müraciət edən istehlakçıların da qeyd etdiyi kimi, bütün bunlar müştəriləri təhqir etmək, bundan əlavə “Reklam Haqqında” Azərbaycan Respublikasının qanunlarını pozmaqdı.

"Pizzaland"dən müştərilərə əxlaqsız təklif - FOTO+Ekspert rəyi



“Pizzaland”dən isə AFN-ə bildirildi ki, bu sadəcə bir zarafatdır. Özünü restoranın İdarə Heyətinin üzvü kimi təqdim edən Ramil adlı şəxsin sözlərinə görə, birinci qeyd etdiyimiz foto (“2 x böyük pizza, 2 x qozlu dondurma”) internetdən götürülüb: “Yəni iki pizza alana iki qozlu dondurma hədiyyə edirik. Burada heç bir ayıb iş yoxdur. Sadəcə bizə qozlu dondurma fotosu lazım idi, internetdən axtardıq, buçıxdı qarşımıza. Həmin fotonu görəndə bizim öz üzümüzdə təbəssüm yarandı deyə, düşündük ki, insanlara da gülüş bəxş edəcək. Bu prizmadan yanaşaraq, onu reklam çarxımıza əlavə etdik.
İkinci irada gəldikdə, (“Yeməklə doymayan, yalamaqla doymaz”) ifadəsi bildiyiniz kimi, bizim məşhur atalar sözümüzdü. Mənə elə gəlir ki, burada elə bir qlobal problem yoxdur.”

"Pizzaland"dən müştərilərə əxlaqsız təklif - FOTO+Ekspert rəyi


Yuxarıda qeyd etdiyimiz kimi, narazılıq yaradan məqamlardan biri də, “Pizzdes lanç” adı altında məhsulun restoran tərəfindən menyuya daxil edilməsidir. Həmsöhbətimiz bildirdi ki, bu rus dilində yox, Azərbaycan dilində yazıldığı üçün o mənanı verməməlidir: “Üzr istəyirəm ifadəmə görə, birinci bu söz “pizdet” sözündən irəli gəlir. Biz bunu rus dilində yazsaydıq, söyüş kimi çıxardı. “Pizzdes lanç” sözünü də o məna ilə vermişik ki, pizza zdes, yəni pizza buradadır. Bu ifadəni yaxşı qarşılanmadığı üçün reklam çarxımızdan çıxartmışıq”

"Pizzaland"dən müştərilərə əxlaqsız təklif - FOTO+Ekspert rəyi
Vüqar Baba

Tanınmış PR mütəxəssisi Vüqar Babanın sözlərinə görə, qıcıqlandırıcı, intim xarakterli, materiallardan, ikibaşlı məmzuna malik reklamlardan bütün dünyada istifadə olunur. Azərbaycanda da +18 məzmunlu xüsusən sosial media reklamlarının sayı artmaqdadır. Burada əsas məqsəd qeyri-adi mətn və ya vizuallıqla diqqət çəkərək həmin diqqətin cəmləşməsindən istifadə edərək öz məhsulunu tanıtmaqdır. Lakin diqqətli olmaq lazımdır ki, intimlik reklam etmək istədiyin məhsulun önünə keçməsin. Əks təqdirdə ağılda tanıdılmaq istənilən məhsul, brend yox, intim məzmun qalır. "Filan markanın filan məhsulu" əvəzinə "filan intim reklamı edən şirkət" deyə xatırlanır və yadda qalır.

Məsələn, sizin qeyd etdiyiniz kafenin reklamlarına gəlincə, sosial mediada diqqət çəkə bilib. Lakin baxmaq lazımdır ki, bu diqət onlara nəyin bahasına başa gəlib. Bazara sırf intim məzmunlu, ikibaşlı reklamlarla girdiyi üçün uzunmüddət intimlə xatırlanacaq deyə düşünürəm.

Bu işin uğurlu olub-olmamasını şirkət özü deyə bilər. Analiz etmək lazımdır ki, artan populyarlıq nə qədər müştəri qazandırıb və kəməraltı mövzulardan istifadə etməsi müştəri uzaqlaşdırıbmı. Əlbəttə bu reklamlar yəqin ki, bir xeyli insan kafeyə çəkir ki, şirkət özünün sarı reklamlarından dönmür, əksinə çalışır ki az qala bütün reklamları bu məzmunda olsun. Lakin, ətrafımdan aldığım fikrlərə nəzərən deyə bilərəm ki, məhz +18 məzmun həm də bir çox insanda iyrəncliklə assosasiya olunub. Həmin şəxslər qeyd etdiyiniz kafenin adı gələndə "tualetdə pizza bişirənlər", "pizzanı naməhrəm yerlərinə sürtənlər" kimi ifadələr işlədir. Onların şüuraltında həmin kafedə qidaların murdarlıqla hazırlandığı imici yaranıb. Qeyd etdiyiniz kafe bunu araşdırmalıdır ki, kafeyə cəlb etdiyim insan çox oldu yoxsa özümdən iyrəndirdiyim.

Ümumən isə reklamlarda +18-dən istifadə zəif marketinqin işidir. İntim məmzun nadir hallarda peşəkarlar tərəfindən və peşəkarcasına tətbiq olunur. +18 mövzu ilə ilkin diqqəti çəkib daha sonra insanı sosial əhəmiyətli məsələyə yöndləndirən reklamlar tamamilə başqa effekt doğrurur, yaxşı hesab oluna bilər.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 46