Axtarışda olan azərbaycanlı iş adamı azadlığa buraxılıbbackend

Axtarışda olan azərbaycanlı iş adamı azadlığa buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Apa-ya istinadən xəbər verir ki, A. Dadaşovun vəkili Hafiz Ələsgərov bildirib ki, məhkəmənin qərarı ilə onun barəsində həbs qərarı ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb:

\”Xətai məhkəməsi Araz Dadaşov haqqında qiyabi həbs qərarı çıxarmışdı və o, axtarışa verilmişdi. Lakin sonradan qərardan apellyasiya şikayəti verildi və məhkəmə həbs-qətimkan haqqında qərarı ləğv etdi. Bununla bağlı tərəfimdən Azərbaycanın Baş Prokurorluğuna məlumat verildi və prokurorluq da qərarın icrası üçün Qazaxıstanın Baş Prokurorluğuna göndərdi. Qazaxıstan Baş Prokurorluğu isə Azərbaycan məhkəməsinin qərarının icrası üçün Qazaxıstan məhkəməsinə müraciət edib\”.

Vəkil qeyd edib ki, artıq A. Dadaşovun ekstradisiya prosesi dayandırılıb və hazırda cinayət işinə xitam verilməsi üçün iş aparılır.

Qeyd edək ki, A. Dadaşov iş adamıdır. Ona qarşı keçmiş həyat yoldaşı Lalə Dadaşovanın şikayəti əsasında cinayət işi başlanılıb. Şikayət mülki xarakterlidir.

A. Dadaşov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

İnterpress.az