Porno ulduzu Trampla münasibətindən danışdı: “Bu yaşda olan birindən…”backend

Porno ulduzu Trampla münasibətindən danışdı: “Bu yaşda olan birindən…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Deniels müsahibələrin birində Trampla intim münasibətlərindən söz açıb. O, partnyorunun xüsusi heç nə ilə yadda qalmadığını bəyan edib:

“İnanılmaz heç bir şey baş verməmişdi. Bu yaşda olan birindən nə gözləyirsinizsə, məhz onların şahidi oldum”.

Mətbuatın yazdığına görə, Denielslə Tramp 2006-cı ildə münasibət yaşayıblar. 2016-cı ildə baş tutan prezident seçkiləri öncəsi isə Trampın vəkili Maykl Koenin aktrisaya bu barədə mətbuata danışmaması üçün ona 130 min dollar ödədiyi iddia olunur.

Maykl Koen isə bu informasiyanı təkzib edib. O, mətbuatı köhnə söhbətlərə qayıtmaqda ittiham edib və bildirib ki, Tramp özü də bu informasiyanı dəfələrlə təkzib edib.

İnterpress.az