Fərid Nəbiyev Çexiyada dubl etdibackend

Fərid Nəbiyev Çexiyada dubl etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Praqada təlim-məşq toplanışında olan komanda yerli “Litomeriço” ilə üz-üzə gəlib. Görüş futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb – 2:1.

Praqalıların hər iki qolunu Fərid vurub. Nəbiyev 52 və 58-ci dəqiqələrdə fərqlənib.

Bu qarşılaşmada “Slaviya”nın düşərgəsində baxışda olan digər həmyerlilərimiz – Amin Seydiyev və Rövlan Muradov da iştirak ediblər. Rövlan 80-cı dəqiqədə əvəzlənsə də, Amin sonadək mübarizə aparıb.

Futbolçularımız meydanda olduqları müddətdə özlərini ən yaxşı tərəfdən göstərməyə nail olublar.

İnterpress.az