Vəlizadə: “XİN rəhbərlərinin görüşü həlledici deyil”backend

Vəlizadə: “XİN rəhbərlərinin görüşü həlledici deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 18-də Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşür.
Politoloq İlqar Vəlizadə deyir ki, bu görüşdə tərəflər masada olan təkliflərə münasibətlərini bildirməlidirlər:

“Son vaxtlar dayanmış danışıqlar prosesini bərpa etmək üçün Rusiya tərəfi və həmsədrlər təkliflər irəli sürmüşdü. Güman ki, münaqişə tərəfləri bu təklifləri bəyənib və Krakovda buna münasibətlərini bildirəcəklər”. (sputnik.az)

İnterpress.az