DÇ-2026-ya daha bir namizədbackend

DÇ-2026-ya daha bir namizəd

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az saytı xəbər verir ki, Mərakeş də mundialın təşkilatçılığını ələ keçirməyə iddialıdı.

Bu barədə Mərakeş Futbol Federasiyasının rəsmisi Mulay Xafid əl-Alami məlumat verib: “Mərakeş dünya çempionatını qəbul etməyə real namizəddi. Bu ideyamızı həyata keçirmək üçün bütün gücümüzü sərf edəcəyik. Bizim namizədliyimiz qüsursuz olacaq”.

Mərakeş Futbol Federasiyasının rəhbəri Fuzi Lekya qalib olacaqlarına inandığını qeyd edib: “100 il ərzində dünya çempionatı Afrikada cəmi 1 dəfə keçirilib, o da 2010-cu ildə CAR-da”.

Mərakeş mundialın ev sahibliyi uğrunda ABŞ, Kanada və Meksika ilə mübarizə aparacaq. Afrika təmsilçisinə bu işdə qitənin ulduz futbolçuları Didye Droqba və Samuel Eto dəstək olacaq.

Qeyd edək ki, FİFA DÇ-2026-ya ev sahibliyi edəcək ölkənin adını iyunun 13-də Moskvada 211 ölkənin federasiya nümayəndəsinin iştirakı ilə keçiriləcək konqressdə açıqlayacaq.

İnterpress.az