Qaçırıldığı deyilən 13 yaşlı məktəbli qızdan xəbər var: “Aparıb həkimə yoxlatdırdılar”backend

Qaçırıldığı deyilən 13 yaşlı məktəbli qızdan xəbər var: “Aparıb həkimə yoxlatdırdılar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil şöbəsinin adının çəkilməsini istəməyən metodkabinet müdiri isə AzNews.az-a açıqlamasında hadisə ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirdi:

“Biz məsələ ilə bağlı kənd məktəbinin direktoru, sahə rəisi və rayon polis şöbəsi ilə əlaqə saxlamışıq. Belə bir hadisə olmayıb, yalandır. Qız öz evindədir, oğlan da öz evində. Sahə rəisi bizə dedi ki, “iki qonşu bir-biri ilə dalaşıb”.

Nabur kənd orta məktəbinin direktoru Zeynal Nurəhmədov isə saytımıza açıqlamasında rəhbərlik etdiyi təhsil ocağında hansısa şagirdin qaçırılmadığını deyib: “Məktəbdə belə bir hadisə olmayıb. Sadəcə, iki qonşu dalaşıb, kimlərsə də ondan istifadə edib”.

Nabur kənd sakinləri isə hadisənin 10-15 gün öncə baş verdiyini deyiblər: “Qız qaçırılmayıb. Onlar qonşudur. Oğlanın qızla münasibətindən şübhələnmişdilər. Qızı aparıb həkimə yoxlatdırdılar. Hazırda qız atasının evindədir. Oğlanın özü də məktəblidir”.

Qeyd edək ki, Qobustanda 13 yaşlı qız qaçırılıb. Rayonun Nabur kəndində yaşayan şəxs 13 yaşlı qızının zorla qaçırılması ilə bağlı polisə müraciət edib.

İnterpress.az