Türkiyəli iş adamının evindən 110 min dollar oğurlanıbbackend

Türkiyəli iş adamının evindən 110 min dollar oğurlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Türkiyə vətəndaşı Selçuk Mahmud oğlu Tapan polisə müraciət edərək yanvarın 23-də yaşadığı evin pəncərəsindəki dəmir barmaqlıqları qırmaqla oradan 110 min dollar, 1000 avro və 4000 manatlıq qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarışlar tədbirləri davam etdirilir.

Qeyd edək ki, Selçuk Mahmud oğlu Tapan Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğuldur. ( apa )

İnterpress.az