Selfi çəkən bloqer qatarın altında qaldı – VİDEObackend

Selfi çəkən bloqer qatarın altında qaldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bloqeri qatarın vurduğu anın görüntüsü “Youtube” videoportalına yerləşdirilib.

Gənc ekstrim həvəskarı lokomotiv və vaqonlar fonunda maraqlı foto və ya videoçarx çəkməyə çalışıb, ancaq relslərə çox yaxınlaşıb. Hadisənin görüntüsündə dostlarının onu fikrindən daşındırmağa çalışdığını görmək olur, ancaq o, məsafənin təhlükəsiz olduğunu, hər şeyi düzgün hesabladığını deyib.

Xəsarət alan gəncə qısa zamanda tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətinin sabit olduğunu bildirir.

“YouTube”dakı videonun şərhlərində bəzi istifadəçilər bloqerin bu hərəkətini qınadığını və onun payını aldığını bildirib. Ancaq çoxları bloqerin toqquşmadan sonra sağ qalmasına heyrətlənib.https://youtube.com/watch?v=QJuhpVrG5kc