Bakıda çəkisi 370 qram olan uşaq doğuldu – Ailəsi yaşamasını istəmədibackend

Bakıda çəkisi 370 qram olan uşaq doğuldu – Ailəsi yaşamasını istəmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri uşaq cərrahı və uroloqu Aqil Əbilov “Qafqazinfo”ya hadisəylə bağlı açıqlamasında deyib.

Həkim həmçinin körpənin anasının səhhətindən də danışıb: \”Azərbaycanda çox ailələr bu halda uşağın yaşamasını istəmir. O uşaq anada düşük olduğu üçün gətirilmişdi və heç kim yaşayacağına inanmırdı. Müayinə zamanı məlum oldu ki, hər şey normaldır. Həmin uşaq bir müddət küvəzdə saxlanıldığı təqdirdə yaşaya bilər. Ancaq bu proses uzun çəkəcəkdi. Maddiyyatla da əlaqəsi yoxdur. Sadəcə ailə yaşamasını istəmədi.

Sosial şəbəkələrdə bu kimi videoları paylaşmaqda bir məqsədim var, o da valideynləri maarifləndirmək. Bunun kimi vaxtından əvvəl doğulmuş başqa bir körpənin də videosunu paylaşmışam. Körpəni 770 qram olan zaman bağırsaq çürüməsi səbəbindən əməliyyat etmişik. Artıq qidalanır və 970 qram olub. Hər uşağın yaşamaq ümidi və şansı var. Təki əldən gələn hər şey edilsin. Bu payıaşımlarımla valideynlərə göstərmək istəyirəm ki, erkən doğuşlarda övladdan tez imtina etməsinlər, onlara bir yaşama şansı vermələri kifayətdir”.

İnterpress.az