Ağsuda qadın işıq borcuna görə intihar etdi – TƏFƏRRÜATbackend

Ağsuda qadın işıq borcuna görə intihar etdi – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə vaxtı evdə qadının azyaşlı qızı olub. İlxıçı-Qaraqoyunlu kəndinin icra nümayəndəsi Azad İsgəndərovun “Ölkə.Az”-a verdiyi məlumata görə, “Səbirə Kərimova ehtiyac səbəbindən özünü asıb. Kasıb bir ailədilər, həyat yoldaşı Əfqan həmin vaxtı mal-heyvan otarmaqda olub. Bu ildən ailənin aldığı sosial yardımda kəsilib. Qadın intihar etməmişdən bir az öncə anası ilə danışıb, həyatından bezdiyini deyib. Belə ki, bir neçə gün öncə işıq idarəsinin əməkdaşları 280 manat borca görə ailənin işığını kəsiblər. Neçə gün idi ki, ailə işıqsız qalmışdı. Ailənin böyük uşağı Bakıda C.Naxçıvanski adına hərbi liseydə təhsil alır. Çox normal ailə kimi xarakterizə olunurlar”.

Hazırda üç uşaq anası S.Kərimovanın özünə qəsd etməsinin səbəbləri araşdırılır. Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən cinayət məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

İnterpress.az