Polis əməkdaşının intihara cəhdinin səbəbləri – Təfərrüatbackend

Polis əməkdaşının intihara cəhdinin səbəbləri – Təfərrüat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İntihara cəhd edən Elgün Rəsulov ailə üzvləri ilə mübahisə edəndən sonra bu addımı atıb.

Məlumata görə, polis əməkdaşının ailəsində həmin gün ailədə söz-söhbət olub və E.Rəsulov evi tərk edib. Daha sonra o, intihar etmək məqsədilə essensiya (sirkə) turşusu içib. Yaxınlarının köməkliyi ilə əvvəlcə Şəki şəhər Mərkəzi Xəstəxanasına, oradan isə Bakıya – Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə gətirilib.

İnterpress.az xəbər verir ki, şöbə müdiri Azər Maqsudovun Trend-ə verdiyi son məlumata görə, intihara cəhd edən E.Rəsulovun vəziyyəti ağır olsa da, stabilləşməyə başlayıb: \”Səhhəti tam normal deyil. Müalicə olunur, vəziyyəti nisbətən stabilləşməyə başlayıb\”.

Xatırladaq ki, yanvarın 24-də şəhərin M.F.Axundov küçəsi, 3 ünvanında yaşayan, Şəki şəhər Polis Şöbəsinin əməkdaşı, 1987-ci il təvəllüdlü Elgün Nazim oğlu Rəsulov yüksək miqdarda essensiya (sirkə) turşusu içib.

İnterpress.az