Gənc oğlan özünü qatar yoluna atıb, qaçmağa başladı — Bakı metrosunda dəhşətli anlarbackend

Gənc oğlan özünü qatar yoluna atıb, qaçmağa başladı — Bakı metrosunda dəhşətli anlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, \”Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin \”Ölkə.Az\”a verdiyi məlumata görə, saat 18:50 radələrində sərnişin platformadan özünü qatar yoluna ataraq relslərin üzəri ilə metronun \”Elmlər Akademiyyası” istiqamətinə qaçmağa başlayıb.

Dərhal stansiya işçiləri relslərdəki gərginliyi dayandırıb və polis əməkdaşları ilə birlikdə həmin şəxsin axtarışı aparılıb. Məlum olub ki, o, 1992-ci ilə təvəllüdlü Ələsgərov Tamerlan Rövşən oğludur.
Sərnişin saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.

Hadisə nəticəsində qatarların hərəkətində 10 dəqiqə gecikmə olub və artıq gecikmə aradan qaldırılıb.

İnterpress.az