Azərbaycan prezidenti Əfqanıstan prezidentinə başsağlığı veribbackend

Azərbaycan prezidenti Əfqanıstan prezidentinə başsağlığı verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, prezident İlham Əliyev Əfqanıstan prezidentinə ünvanlanan məktubunda bildirib ki, Kabil şəhərində törədilmiş güclü partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərlənib.

Dövlət başçısı vurğulayıb ki, bu amansız terror aktı dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının vacibliyini və zəruriliyini bir daha təsdiq edir: \”Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram\”.

İnterpress.az