Amerikalı generalın xəbərdarlığı Azərbaycana da təsirsiz ötüşməyəcəkbackend

Amerikalı generalın xəbərdarlığı Azərbaycana da təsirsiz ötüşməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu deputat Sahib Alıyev bildirib.

Onun sözlərinə görə, bütün strateqlər, həmçinin Türkiyə rəhbərliyi də yaxşı bilir ki, Menbic təmizlənməsə, Afrinin ələ keçirilməsinin elə də böyük önəmi olmayacaq.

“Həm Türkiyənin torpaq bütünlüyünə təhdid, həm də terror təhlükəsi baxımından.
Çünki Menbic amerikalıların əlində olduğu halda İraqdan Aralıq dənizə qədər dəhliz açmaq və bu dəhliz boyunca kürd dövləti yaratmaq planını reallaşdırmaq yenə də mümkündür. Ola bilsin bununla bağlı Rusiyayla xırda bir bazarlığa ehtiyac duyulsun. Rusların bu məsələdə amerikalılarla anlaşacağı elə də çətin görünmür. Ona görə də Türkiyə nə yolla olursa-olsun, Menbici təmizləməlidir”- deputat əlavə edib.

S. Alıyevin fikrincə, general Votelin sözləri, bundan öncə isə Türkiyə və ABŞ prezidentlərinin telefon danışıqları zamanı meydana çıxan reallıq isə göstərir ki, Vaşinqton öz hərbiçilərini oradan çəkmək istəmir. Və Yaxın Şərqin xəritəsini dəyişmək üçün terrorçularla başlatdığı işbirliyini də davam etdirmək niyyətindədir.

“Belədə Menbicdə Amerika və Türkiyə ordusunun üz-üzə gəlmək təhlükəsi yaranır. Təbii ki, bu, bir çox səbəblərdən indi o qədər də ağlabatan görünmür. Ancaq iki ölkə arasında ziddiyyətlərin daha da kəskinləşəcəyi və ermənilərin də bundan faydalanmağa can atacaqları heç şübhəsizdir. Fikrimcə, biz bütün bunlara hazır olmalı, ilk növbədə ermənilərin yaranmış vəziyyətdən faydalanmalarının qarşısının alınması yönündə önləyici addımlar atmalıyıq”. (modern.az)

İnterpress.az