Avtobus qəzaya uğradıbackend

Avtobus qəzaya uğradı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın məlumatına görə, hadisə bu gün Biləcəri qəsəbəsində qeydə alınıb. Yük maşınının qoşqusuna yığılmış taxta 91 saylı xətt üzrə hərəkətdə olan avtobusun üzərinə aşıb. Qəza nəticəsində xəsarət alan olmayıb.

91 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma şirkətinin nümayəndəsi Taleh Gülməmmədov bildirib ki, qəzaya yük maşınının qoşqusundakı taxtanın marşrut avtobusunun üzərinə aşması səbəb olub: “Hadisə baş verən ərazidə məktəb və piyada keçidi var. Piyada keçidində avtobus sürətini azaldıb. Bu vaxt avtobusun sol tərəfi ilə hərəkət edən qoşqulu yük maşınına yığılmış taxta avtobusun üzərinə aşıb. Avtobus da yol kənarında duran minik avtomobilinin üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb”.

İnterpress.az