Yapon dənizində itkin düşən azərbaycanlıların axtarışı dayandırılıb – VİDEObackend

Yapon dənizində itkin düşən azərbaycanlıların axtarışı dayandırılıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın verdiyi xəbərə görə, bu barədə RİA Novosti agentliyinə “Vladivostok” dəniz xilasedici mərkəzinin nümayəndəsi bildirib.

“Axtarış əməliyyatı yanvarın 25-dən 29-dək davam edib. Ekipaj üzvlərinin sağ tapılmasına ümid qalmayıb. Bu səbəbdən axtarış-xilasedici əməliyyatın fəal fazası dayandırılıb. Bundan sonra axtarışlar ərazidən keçən gəmilər vasitəsi ilə aparılacaq”, deyə nümayəndə bildirib.

\”Vostok\” balıqçı gəmisi yanvarın 25-də Primorsk diyarı sahillərində, Yapon dənizində yoxa çıxıb. Gəmidə Rusiya vətəndaşı olan iki azərbaycanlı – Mübariz Hüseynov və Ruslan Əlizadə olub.


İnterpress.az