Gəncədə evində 40 uşağı dini təriqətə qanunsuz cəlb edən şəxs saxlanılıbbackend

Gəncədə evində 40 uşağı dini təriqətə qanunsuz cəlb edən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Report”-a istinadən xəbər verir ki, araşdırma zamanı onun xristian yönümlü “Şərqdə ulduz” təriqətini təbliğ etdiyi məlum olub. Ə.Sarıyevin evində bu təriqətə qoşulmuş 100-ə yaxın şəxs müəyyən edilib. Onlardan 40-ı azyaşlılardır.

Ə.Sarıyev haqqında toplanan materiallar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.

Qeyd edək ki, yerli KİV-də yer alan məlumatlara əsasən, “Şərqdə ulduz” xristian yönümlü dini icmasına Almaniyadan maliyyə dəstəyi gəlir.

İnterpress.az