Azərbaycandan İrana saxta vizalarla keçmək istəyən 7 Özbəkistan vətəndaşı saxlanılıbbackend

Azərbaycandan İrana saxta vizalarla keçmək istəyən 7 Özbəkistan vətəndaşı saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az -a Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən məlumat verilib.

Belə ki, yanvarın 27-də qabaqlayıcı əməliyyat məlumatının realizəsi nəticəsində “Şaxtaxtı” sərhəd nəza­rəti məntəqəsində İran İslam Res­pub­li­kasının saxta vizaları ilə Azər­bay­candan İrana keçmək istəyən 7 nəfər Özbəkistan vətəndaşı – 1988-ci il təvəllüdlü Olimova Maqsuda Aydınovna, 1972-ci il təvəllüdlü Mukimova Şaxlo Tolhunova, 1987-ci il təvəllüdlü Saidjanova Nigora Arifovna, 1993-cü il təvəllüdlü Baltayev Olimjan Kominjan, 1993-cü il təvəllüdlü Sanginova Maxiqexraon Muxiddinjon, 1990-cı il təvəllüdlü Axmedova Şaxnozahon Raçiddek saxlanılıb və Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.

Faktla bağlı əməliyyat və istintaq tədbirləri davam etdirilir.

İnterpress.az