2017-ci ildə transferə 6 milyarddan çox xərclədilərbackend

2017-ci ildə transferə 6 milyarddan çox xərclədilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az saytının məlumatına görə, FİFA bu barədə hesabat açıqlayıb.

Ali futbol qurumunun açıqladığı Beynəlxalq Transfer Bazarı raportuna əsasən, 1 yanvar – 31 dekabr tarixləri arasında rəsmiləşən transferlər ötən ilə nisbətdə 6.8% artaraq 15.624-ə çatıb.

Dünya miqyasında transfer üçün xərcələnən ümumi büdcə isə 32.7%-lik yüksəlişlə 6.37 milyard dollar olub.

Bu məbləğin 67.4%-ni 13 ölkədən 50 klub xərcləyib.

Qeyd edək ki, 2017-ci ildə 181 ölkədə 13.415 futbolçu klub dəyişib. Bunlardan 15.8%-i ödənişlə, 84.2%-i isə pulsuz olub.

İnterpress.az