Erməni deputatın İtaliyada qeyri-adi macərasıbackend

Erməni deputatın İtaliyada qeyri-adi macərası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Ermərnistan parlamentində müxalif “Yelk “fraskiyasının rəhbəri öz “feysbuk” səhifəsində yazıb. Belə ki, dünən Roma polisi onun qaldğı otelə basqın edərək onu tutmağa cəhd edib. Heç demə, Ermənistan hüquq-mühafizə orqanları erməni siyasətçini 2008-ci ildən bu yana İnterpolda axtarışa veriblərmiş.

Erməni mətbuatının qeyd etdiyinə görə, bu məsələ həqiqətən, 10 il öncəki, Sərkisyanın prezident seçilməsinə etiraz etmək üçün təşkil olunan mart hadisələrinə gedib çıxır. Həmin aksiyalardan sonra Nikol Paşinyan həbs olunub, lakin daha sonra amnistiya ilə azadlığa çıxıb. Paşinyan 2012-ci ildə keçirilən parlament seçkilərində deputat mandatı qazanıb və beləliklə, qırmızı pasportlu diplomatik toxunulmazlıq əldə edib.

Erməni jurnalistləri Paşinyanın öz ölkəsində deputatlıq toxunulmazlığına malik olub, beynəlxalq səviyyədə axtarışa verilməsinin absurdluğuna diqqət çəkərək iqtidarı sərt şəkildə tənqid ediblər. Onların ümumi rəyinə görə, bütün bunlar Sərkisyan iqtidarının bəzi siyasçtiləri hələ də “qara siyahı”da saxladığını göstərir.

Erməni deputatın İtaliyada qeyri-adi macərası

“Ermənistan hakimiyyətinin repressiv xarakteri elə burdan görünür. Belə ki, sistem çox asanlıqla bir insanı həbs edə və onu İnterpolun və ya bu kimi oxşar siyahıya sala bilir. Lakin öz cəzasını çəkmiş və statusu dəyişmiş insanın adını sistemdən çıxarmağa ərinir. Hakimiyyət bununla adamları “özünkülərə” və “yadlara” böldüyünü açıq şəkildə nümayiş etdirir”, – 1.in.am saytından Sərkis Artsruni yazır.

Jurnalistin yazdığına görə, dövlət sisteminin bu cür qəsdən və ya səhlənkar işləməsi nəticəsində Ermənistan dəfərlələ beynəlxalq qalmaqallarla üz –üzə qalıb.

Məsələn, məşhur erməni kriminal avtoriteti Robson (Ruben Tatulyan-red) Ermənistan səfirliyinə məxsus maşınlarla xaricdə ürəyi istədiyi yerdə gəzə bilir.

Erməni deputatın İtaliyada qeyri-adi macərası

Robson (Ruben Tatulyan)

Hərçənd o, hətta formal da olsa artıq bir ildir Xarici İşlər Nazilriyinin müşaviri vəzifəsində çalışmır.

“Bütün bu faktlar Ermənistanı beynəlxalq aləmdə geridə qalan Asiya sistemləri ilə bir sırada çəkilməsinə şərait yradıb”, – yazıda qeyd olunur. (musavat.com)

İnterpress.az