Məhkəmənin qarşısında üstünə benzin töküb yandırdıbackend

Məhkəmənin qarşısında üstünə benzin töküb yandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, dünən günorta saatlarında rayonun Günəşli kənd sakini, 1971-ci il təvəllüdlü İmanov Eldar Allahşükür oğlu Biləsuvar rayon Məhkəməsinin qarşısında üstünə benzin tökərək özünə od vurub. O, ağır vəziyyətdə rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. E.İmanov daha sonra Bakıdakı xəstəxanalardan birinə köçürülüb.

Bildirilir ki, E.İmanov barəsində Biləsuvar rayon Məhkəməsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə işə baxılırmış. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Faktla bağlı araşdırma aparılır. (lent.az )

İnterpress.az