Avropa İttifaqı Azərbaycanla yeni saziş üzərində işləyirbackend

Avropa İttifaqı Azərbaycanla yeni saziş üzərində işləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az ın APA-ya istinadən xəbərinə görə, bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Aİ və ombudsman aparatının 24 aydır birgə həyata keçirdiyi \”Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) potensialının gücləndirilməsinə dəstək\” adlı tvinning layihəsinin yekun nəticələrinə dair keçirilən tədbirdə deyib.

Layihənin Aİ və Ombudsman Aparatı arasında həyata keçirilən ilk layihə olmadığını söyləyən K. Yankauskas bildirib ki, Aİ layihənin həyata keçirilməsinə 1,3 milyon avro vəsait ayırıb: \”Ümid edirəm ki, bu layihənin sayəsində ombudsman ofisi daha geniş potensiala malik olacaq. Layihə çərçivəsində uşaqlar, əlilliyi olan insanlar, yaşlı insanlara dair strategiyalar, informasiyanın idarə olunmasına dair müasir sistem planı hazırlanıb\”.

Səfir deyib ki, demokratiya, qanunun aliliyi, insan hüquqlarının müdafiəsi Avropa İttifaqının sadiq olduğu dəyərlərdir: \”Ümid edirəm ki, bu dəyərlər Azərbaycan və Aİ arasında imzalanacaq yeni sənəddə öz əksini tapacaq və həmin amillər də ombudsman, eləcə də digər institutların işində əsas dəyərə çevriləcək\”.

İnterpress.az