Almaniyadan Azərbaycana geri qaytarıldığı üçün intiharlar etdibackend

Almaniyadan Azərbaycana geri qaytarıldığı üçün intiharlar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Legat” İnteqrasiya mərkəzinə müraciət edən Kəmalə İmaməliyeva bildirib ki, uzun müddət Azərbaycanda, Türkiyədə “İltihablı rematizma” diaqnozu ilə müalicə olunub. Maddi vəziyyəti müalicəsini davam etdirməyə imkan vermədiyindən, eləcə də Azərbaycanda lazımı sosial və maddi dövlət dəstəyini ala bilmədiyindən Almaniyaya üz tutub. Almaniyada yaşadığı 4 il ərzində o müalicə edilib, bir sıra əməliyyatlar keçirib. Ancaq sığınacaq statusuna mənfi cavab verildiyindən haqqında ölkəsinə geri göndərilmə qərarı çıxarılıb.

23 yanvar 2018-ci ildə səhər saatlarında 30 nəfərə yaxın xüsusi əlcəkli və silahlı polis əməkdaşının onun yaşadığı mənzilə girməsi ilə stress keçirib və bıçaqla öz qarın nahiyyəsinə zərbələr endirib. Aldığı zədələrə görə əməliyyat keçirib və daha sonra ruhi-əsəb xəstəlikləri dispanserinə yerləşdirilib.

Almaniyadan Azərbaycana geri qaytarıldığı üçün intiharlar etdi

“Welt” qəzetinin yazdığına görə, hər 10 geri göndərilmə prosesindən 1-i intihara cəhdlə nəticələnir. Bu cəhdləri nəzərə alaraq, Almaniya hökuməti bu ildən etibarən sığınacaq üçün müraciət etmiş şəxslər haqqında daha tez qərar verilməsi və geri göndərilmə prosesinin mümkün qədər tez həyata keçirilməsini planlaşdırır.

İnterpress.az