Almaniyada yaşayan soydaşımız özünə qəsd etdibackend

Almaniyada yaşayan soydaşımız özünə qəsd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az azeuronews.com-a istinadən xəbər verir ki, “Legat” İnteqrasiya mərkəzinə müraciət edən Kəmalə İmaməliyeva bildirib ki, uzun müddət Azərbaycanda, Türkiyədə “İltihablı revmatizma” diaqnozu ilə müalicə olunub. Maddi vəziyyəti müalicəsini davam etdirməyə imkan vermədiyindən, eləcə də Azərbaycanda lazımi sosial və maddi dövlət dəstəyini ala bilmədiyindən Almaniyaya üz tutub.

Almaniyada yaşadığı 4 il ərzində o müalicə edilib, bir sıra əməliyyatlar keçirib. Ancaq sığınacaq statusuna mənfi cavab verildiyindən haqqında ölkəsinə geri göndərilmə qərarı çıxarılıb.

23 yanvar 2018-ci ildə səhər saatlarında 30 nəfərə yaxın xüsusi əlcəkli və silahlı polis əməkdaşının onun yaşadığı mənzilə girməsi ilə stress keçirib və bıçaqla öz qarın nahiyyəsinə zərbələr endirib. Aldığı zədələrə görə əməliyyat keçirib və daha sonra ruhi-əsəb xəstəlikləri dispanserinə yerləşdirilib.

İnterpress.az